• Onlayn müraciət
  • Şimal-Cənub dəhlizi üzrə güzəştlər

  • A
  • A+
  • A-
  • IITKM

    26 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarını imzalamışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı hər iki qanunun iqtisadi əhəmiyyətini şərh etmişdir.

    Dəyişikliklərə əsasən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və əksinə iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azaddır. Bu nə deməkdir? Əgər yük Azərbaycandakı son dəmiryolu stansiyasından avtomobil nəqliyyatı vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq. Eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmiryolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək.  Məsələn, İrandan keçməklə Astara dəmiryolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Müqayisə üçün deyək ki, əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmiryolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsaında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmiryolu ilə daşıma xərcləri ilə müqayisə oluna biləcək bir həddə yaxınlaşmışdı.  Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaqdır. Bu isə Azərbaycan Dəmiryolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımaçılıqla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməklə məmnun qalacaqlar.

    Yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır. Çünkü "Astara (Azərbaycan) - Astara (İran) dəmiryolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmiryolu əlaqəsi də tam təmin ediləcəkdir. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda qeyd edilən daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi Azərbaycanı tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumu və yol vergisinin güzəşt edilməsi nəticəsində dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir olacağı halda, yükdaşımaların artması daha böyük perspektivlər vəd edir.

    Qeyd edilməldir ki, dəyişikliklər həm də Naxçıvan ərazisində də əhəmiyyət daşıya bilər. Naxçıvanla Türkiyə arasında dəmiryolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmiryolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad oluna bilər.

    Dəşişikliklərə əsasən yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı hazırlayacaq və uyğun qaydada dəmiryolu stansiyaları və gömrük məntəqələrini müəyyənləşdirəcək təkliflərlə çıxış edəcək.


    Azexport.az portalının rəhbəri Zaur Qardaşov LİDER TV-nin "Economics" verilişinin canlı yayımında son statistik rəqəmləri açıqlayıb

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    Azexport.az bölgələrdə sahibkarlarla görüşlərə başlayıb

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv