Azexport.az saytının loqosunun tərtibatına dair müsabiqənin vaxtı uzadıldı

23

March

İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzi, Prezident İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının yaradılmasına dair  Sərəncamına uyğun hazırlanmış www.azexport.az saytının rəsmi loqosunun tərtib olunması məqsədi ilə elan etdiyi müsabiqənin vaxtı dekabrın 30-a qədər uzadılır. Qeyd edək ki, portal alqi-satqi (e-commerce) platformu kimi fəaliyyət göstərəcək. Portala ödəniş, nəqliyyat və nüfuzlu beynəlxalq alqı-satqı şirkətləri inteqrasiya edilib.

Müsabiqə komissiyası tərəfindən ən yaxşı qiymətləndirilən orijinal loqo qalib seçiləcək və ictimai qaydada elan ediləcək. Seçilmiş loqo portalın rəsmi loqosu statusunu alacaq və loqodan istifadə hüququ yalnız azexport.az saytına məxsus olacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən birinci yerin qalibi üçün 500 AZN məbləğində mükafat müəyyən edilib.

Müsabiqədə iştirak etmək üçün şərtlər:

Yarışmada hər kəs iştirak edə bilər
Loqo əvvəllər yayımlanmamış olmalıdır
Loqo portalın konseptual dizaynı üçün əsas olmalıdır

Loqotip Vektor formatında olmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 30 dekabr 2016-cı ilə qədər öz təkliflərini office@azexport.az e-mail ünvanına təqdim etməlidirlər.

Əlaqə telefonu: (012) 521 00 00 (daxili: 27 621)


Azexport vasitəsi ilə ilk dəfə qeyri- ənənəvi sahələrə məxsus məhsullar satışa çıxarılıb

Azexport.az portalının rəhbəri Zaur Qardaşov

Azexport.az portalının rəhbəri Zaur Qardaşov LİDER TV-nin "Economics" verilişinin canlı yayımında son statistik rəqəmləri açıqlayıb

Azexport.az portalının rəhbəri Zaur Qardaşov

Video arxiv