Ağdamda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin keçirilməsinə start verib. Ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə təşkil olunan müzakirələrin ilki Ağdamda təşkil olunub. Görüşdə Ağdam, Füzuli, Tərtərdən olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk öncə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov qonaqları salamlayıb. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ağdan rayonu ilə start götürən regional ictimai müzakirənin keçirilməsinin əsas məqsədi barədə danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlarda sosial-iqtisadi sahədə aparılan işləri xüsusi diqqətdə saxlayır. Strateji Yol Xəritəsinin icrası ilə bağlı açıqlanan yarımillik monitorinq ə qiymətləndirmə il bağlı hesabat da onu göstərir ki, regionların inkişafı istiqamətində qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirilib. Bura ölkədə iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, sənaye zonalarının yaradılması, rayonlara cəlb edilən özəl sərmayələrin artırılmasını aid etmək olar. 
    Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov isə əlavə edib ki, regionlarda davamlı olaraq belə bir görüşlərin təşkili rayonlar üzrə təhlillərin aparılması, qeyri neft sektorunun inkişaf etdirilməsi üçün çox önəmlidir. Onun sözlərinə görə, iqtisadi islahatlar üzrə başlıca hədəflər ölkə iqtisadiyyatının dayanaqlılğının, diversifikasiyasının və rəqabətqabiliyyətliliyinin təmin edilməsidir. “ Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib ki, bütün bunlar Azərbaycanı son illər ərzində dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevirib.” Elxan Mikayılov həmçinin biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın yaradılmasını da xatırladıb.
    Qeyd edək ki, müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə “Regionların iqtisadi inkişafı” mövzusunda prezentasiya ilə çıxış edib. Tədbirdə həmçinin İqtisadiyyat nazirliyi, Kənd Təsərrüfatı nazirliyi, eləcə də Vergilər nazirliyinin nümayəndələri də iştirak edib. 
    İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda çıxış edib.
    Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Daha sonra Ağdamda pambıq zavoduna baş çəkilib.
    Qeyd edək ki, analoji tədbirlər Şəki, Quba, İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də keçiriləcək

     


    "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar (İTV)

    Dr.Vüsal Musayev-“Doing business” hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması

    İİTKM-in İqtisadçı eksperti Vüsal Musayev

    Video arxiv