Asiya İnkişaf Bankı ilə Azərbaycanda iqtisadi islahatlar müzakirə olunub

  • A
  • A+
  • A-
  •  

       İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətini qəbul edib. Bankın İqtisadi Tədqiqatlar direktoru Edmon Gintinq, iqtisadçı Eymi Hampel-Milagrosa və menecer Əziz Heydərovun daxil olduğu nümayəndə heyətinə ölkədə aparılan iqtisadi islahatlar və Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri barədə geniş məlumat verilib. Xüsusilə qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində bu gün ölkəmiz “Qlobal rəqabətqabiliyyətlilik hesabatında” AİB-ə daxil olan əksər ölkələri geridə qoyur. Bu isə ölkəmizlə əməkdaşlıqda maraqlı olan beynəlxalq və regional maliyyə institutları ilə əlaqələrdə daha geniş imkanlar açır.

      Həmçinin görüşdə Asiya İnkişaf Bankının Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədinin hazırlanması məsələsinə toxunulub. Müzakirələr zamanı insan kapitalı, məhsuldarlıq, ticarətin inkişafı üzrə islahatlar, ölkənin orta müddətli inkişaf strategiyası ilə yanaşı AİB-in Azərbaycan üzrə 2019-2023-cü illər üzrə hazırlanacaq Ölkə Tərəfdaşlıq Strategiyasının prioritet istiqamətlərinə də toxunulub.


    "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar (İTV)

    Dr.Vüsal Musayev-“Doing business” hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması

    İİTKM-in İqtisadçı eksperti Vüsal Musayev

    Video arxiv