“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təqdim edilib

  • A
  • A+
  • A-
  •  

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”  açıqlanıb.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirib ki, 5 strateji hədəfdən və 9 prioritetdən ibarət olan Strateji Yol Xəritəsində 2020-ci ilədək strateji baxış ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına (kurikulumlara) və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasıdır.

    Strateji Yol Xəritəsində 2020-ci ilədək olan müddətdə Azərbaycan Respublikasının peşə təhsili və təlimi sistemində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, məqsədli peşə inkişafı proqramlarının yaradılması, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi strateji hədəflərinə nail olmaq planlaşdırılır.

    Strateji Yol Xəritəsində peşə təhsili və təlimi sektorunda müəyyən edilmiş prioritetlərin real ÜDM-ə təsirinin təxminən 6 milyon manat olacaq. Amma bu prioritetlər digər sektorların prioritetləri çərçivəsində 1 milyard manat məbləğində dolayı təsirin meydana çıxmasına səbəb olacağı proqnozlaşdırılır. Belə ki, peşə təhsili və təlimi sektoru iqtisadiyyatın digər sektorları ilə qarşılıqlı əlaqədə olmaqla, həmin sektorların potensialının tam reallaşdırılmasında mühüm rol oynayır və bu sektora qoyulan investisiyalar nəticədə iqtisadiyyata multiplikativ təsir göstərir.

    Strateji Yol Xəritəsində pilot peşə təhsili müəssisələrinin qurulması, nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması, yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili, informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə)  və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizminin hazırlanması, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqi   ilə bağlı tədbirlərdə əksini tapıb.

    http://president.az/articles/22252


    "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar (İTV)

    Dr.Vüsal Musayev-“Doing business” hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması

    İİTKM-in İqtisadçı eksperti Vüsal Musayev

    Video arxiv