Azərbaycanda Amerika Ticarət Palatası ilə Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda irəliləməsi müzakirə olunub

  • A
  • A+
  • A-
  •  Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) işgüzar nahar tədbiri təşkil olunub. Tədbirdə 135 nəfərdən çox AmCham üzvü, o cümlədən diplomatik korpusun nümayəndələri iştirak edib. Azərbaycanda Amerika Ticarət Palatasının (AmCHham) prezidenti Nuran Kərimov, icraçı direktoru Natavan Məmmədova və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının da iştirak etdiyi müzakirələrdə əsasən Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması ilə bağlı hesabata xüsusi ilə toxunulub. Bildirilib ki, Azərbaycanın dünyanın ən mötəbər reytinqində irəliləməsi Prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlara verilən qiymətdir.

    Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatı barədə danışıb. "Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. Bu, onu deməyə əsas verir ki, bütün tədbirlər ilin sonunadək icra ediləcək, əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq”

    Vüsal Qasımlı həmçinin qeyd edib ki,Strateji Yol Xəritəsinin qəbul edilməsi və bu çərçivədə ölkədə aparılan davamlı işlər “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın irəliləməsi üçün vacib amil hesab edilməlidir. Azərbaycanın 140 ölkə arasında bir sıra ölkələri arxada qoyaraq 35-ci yerdə qərarlaşması onu göstərir ki, qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib.

     Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatasının işgüzar nahar formatında       keçirilən bu cür tədbirləri hər ay təşkil olunur. Tədbirlərə qonaq qismində Azərbaycanın nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilirlər.


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv