• Onlayn müraciət
  • "Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"açıqlanıb

  • A
  • A+
  • A-
  •  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”açıqlanıb.

       İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn bildirib ki, 5 strateji hədəfdən və 21 prioritetdən ibarət olan Strateji Yol Xəritəsində 2020-ci ilədək olan müddətdə Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün biznes mühitinin daha da təkmilləşdirilməsi və maliyyə vəsaitlərinə və satış bazarlarına çıxışın asanlaşdırılması, biznes bilik və bacarıqlarının artırılması ilə rəqabətqabiliyyətliliyinin təmin olunması hədəflənir. Bununla yanaşı KOS subyektlərinə münasibətdə maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi istiqamətində də fəaliyyət göstəriləcək.

    Ramil Hüseyn qeyd edib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün təxminən 700 milyon manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 1 milyard 260 milyonmanat əlavə dəyərin yaradılması gözlənilir.  Bu tədbirlərin həyata keçirilməsinin isə 34240 yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertinin dediyinə görə, Strateji Yol Xəritəsində Azərbaycanda mərkəzləşdirilmiş KOS agentliyinin və onun nəzdində KOS evinin yaradılmasının nəzərdən keçirilməsi məsələsi də əksini tapıb. Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması bu sahədə həyata keçirilən siyasətin effektivliyinə xidmət edəcəkdir. Həmçinin bu mühüm sənəddə növbəti ildə Kredit zəmanət fondunun və KOS subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması da nəzərdə tutulur.

    Ramil Hüseyn vurğulayıb ki, Strateji Yol Xəritəsində KOS-a ixrac imkanlarının artırılmasına xüsusi yanaşılıb. Onun üçün də bu sənəddə ixracın təşviqi ilə əlaqədar mexanizmlərin müəyyənləşdirilməsi, “Made in Azerbaijan” brendinin təbliği və ixrac assosiasiyalarının inkişaf etdirilməsi ilə bağlı tədbirlər planlaşdırılıb.


    Azexport.az portalının rəhbəri Zaur Qardaşov LİDER TV-nin "Economics" verilişinin canlı yayımında son statistik rəqəmləri açıqlayıb

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    Azexport.az bölgələrdə sahibkarlarla görüşlərə başlayıb

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv