“Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb

  • A
  • A+
  • A-
  •   Qarşıdakı illərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA MMC) dövlət mülkiyyətində olan boş torpaq sahələrini uyğun qiymətə mənzil tikintisi layihələrində istifadəyə cəlb etməklə, xərclərin azaldılmasına nail olacaq. Bu fikirlər bu gün ictimayyətə açıqlanan “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən  bildirilir ki, 2 strateji hədəf və 6 prioritetdən ibarət olan bu mühüm sənəd Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılmasının iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacağı, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq.

     Strateji hədəflərə nail olunması nəticədə 2020-ci ilədək ölkədə mənzil ehtiyacı azalacaq və 2025-ci ilədək isə şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması və urbanizasiyası inkişaf etdiriləcək. Strateji Yol Xəritəsində vurğulanır ki, 2025-ci ildən sonrakı dövrdə rayonlarda da uyğun qiymətə mənzil təminatının davamlı inkişafı təmin ediləcək, həmçinin, qanunsuz tikililərin abadlaşdırılması üçün tədbirlər həyata keçiriləcək.

             İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən qeyd edilir ki, bu sahədə aparılacaq siyasət bir sıra iqtisadi və sosial məsələlərə öz töhfəsini verəcək.  Ehtiyacı olan təbəqələrin mənzil təminatının yaxşılaşması ilə yanaşı, tikinti sektorunda 10 minədək yeni iş yeri yaradılacaq, 900 milyon manata yaxın investisiya qoyulacaq, birbaşa və dolayı təsirlər nəticəsində ÜDM 249 milyon manat artacaq.

        Eyni zamanda istifadəsiz torpaqların 5%-i dövriyyəyə cəlb ediləcək, tikinti sektoruna xarici investisiyalar cəlb ediləcək, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi və rəqabət mühitinin tam təmin edilməsi sayəsində layihələrin xərcləri azalacaq və bir sıra digər hədəflərə nail olunacaq.

       Layihələri icrası zamanı ekoloji təhlükəsizlik və enerji səmərəliliyi kimi mühüm məsələlər diqqət mərkəzində saxlanılacaq ki, nəticədə Strateji Yol Xəritəsinin uğurla həyata keçirilməsi ölkənin dayanıqlı inkişafını, yəni hər 3 aspektdən (iqtisadi, sosial və ekoloji) dəstəkləyəcək.        

    http://www.president.az/articles/22312


    Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki yekun çıxışında yenidən sahibkarlara səslənərək onlara Azexport portalını izləməyi məsləhət bildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib ki, Azexport portalı dünya miqyasında özünü tanıda bilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Video arxiv