Azərbaycandakı iqtisadi islahatlar “Şərq Tərəfdaşlığı Biznes Forum”da təqdim olunacaq

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyada “Şərq Tərəfdaşlığı üzrə 4-cü Biznes Forum”da iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti ilə bu ölkəyə səfərə gedib. Bu barədə məlumat verən İİTKM-in PR meneceri Zənurə Talıbova bildirib ki, forum ənənəvi olaraq Aİ Şərq Tərəfdaşlığı Sammitindən əvvəl keçirilir və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Forumda açılış nitqini Estoniyanın prezidenti Kersti Kaljulaid, Avropanın qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Johannes Hahn və Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak edəcəklər. Forumun “E-hökümət və rəqəmsal iqtisadiyyat” mövzusunda ilk plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü və “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe çıxış edəcək. Forumda Azərbaycanda elektron iqtisadiyyatın və idarəçiliyin inkişafı, o cümlədən, Mobil İD layihəsi, Rəqəmsal Ticarət Qovşağı və Azexport portal barədə təqdimatlar olacaq, eyni zamanda ölkədə aparılan uğurlu iqtisadi islahatlar müzakirə ediləcək.
    Səfər zamanı İİTKM ilə Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanacaq. Memorandum Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi üçün Aİ və ölkəmiz arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
    İİTKM-in icraçı direktoru V.Qasımlı Estoniyada dövlət və biznes qurumlarının nümayəndələri, habelə xarici ölkə təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin icrası, biznes mühitinin təkmilləşdirilməsi və e-iqtisadiyyat quruculuğu barədə geniş məlumatlar veriləcək.


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv