Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib

  • A
  • A+
  • A-
  • Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib. Portalın beynəlxalq internet ticarəti mərkəzi olan "All.biz"lə əməkdaşlığı artıq öz töhfəsini verib.

     Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan "Gazelli Group" şirkəti nəhəng elektron ticarət portalı vasitəsilə ilk sifarişini alıb. Sifariş Rusiyadan gəlib. Belə ki, "Gazelli Group" şirkətinin "Buta" brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlar üçün də əlçatan olacaq.

    Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.


    Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki yekun çıxışında yenidən sahibkarlara səslənərək onlara Azexport portalını izləməyi məsləhət bildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib ki, Azexport portalı dünya miqyasında özünü tanıda bilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Video arxiv