Azexport “Bakutel 2017” sərgisində təmsil olunur

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı, “Bakutel 2017”- 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir.

    Bakutel 2017” sərgisində həmçinin gənc perspektivli “startap”ların da təqdimatına böyük diqqət yetirilib. Azexport.az portalının sərgidə yaradılan Səyyar Xidmət Mərkəzi vasitəsi ilə gənc dizaynerlərə öz ixtira, proqram və xidmətlərini dünyanın aparıcı elektron ticarət platformalarında nümayiş etdirərək potensial alıcılara çatdırılmasına öz tövhəsini verir. Bunun üçün sadəcə portalın Səyyar Xidmət Mərkəzində qeydiyyatdan keçmələri kifayətdir.

    Bu il Sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribütorları, eləcə də teleradio yayım şirkətləri yer alır. “Bakutel 2017” sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunur. Xarici ölkələrin bu tədbirdə iştirakı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.

     


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv