Bakı Mühəndislik Universitetində iqtisadi islahatlardan danışılıb

  • A
  • A+
  • A-
  •  Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının (İİTKM) Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirəsi dinlənilib. BMU-nun rektoru, professor Havar Məmmədov müzakirənin iştirakçılarını salamlayaraq universitetdə aparılan işlər və bu təhsil ocağının islahat prosesinə verdiyi töhvələr barədə qısa məlumat verib. Rektor qeyd edib ki, əsası Umum Mili Lider Heydər Əliyev tərəfindən qoyulan ölkənin  iqtisadi siyasəti bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İqdisadiyyatın inkişafı üçün fasiləsiz və uğurlu islahatlar həyata keçirilir.

       İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ictimai mühazirəsində iqtisadi islahatların əsas istiqamətləri barədə danışaraq, xüsusilə, strateji yol xəritələrinə uyğun olaraq insan kapitalının inkişafının əhəmiyyətini vurğulayıb: “Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənir. Bu, iki səviyyədə təmin ediləcəkdir: 1) insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi; 2) əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının, araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması.”

     Mühazirənin dinlənilməsindən sonra auditoriyanın sualları cavablandırılıb. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı müəllim və tələbələrin diqqətini və müzakirədə aktiv iştirakını yüksək qiymətləndirib.

         Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycanın aparıcı universitetlərində belə silsilə görüşlərin təşkil etməsində məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələrin islahatlarla bağlı daha dolğun məlumatlandırmaq və onların bu proseslə bağlı fikirlərini öyrənməkdən ibarətdir.


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv