Bakıda Korporativ İdarəetmə üzrə Təlim Seminar keçiriləcək

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə Təlim Seminarı keçirəcək. Seminarda, korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılacaq və yaxından öyrəniləcək. Effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunacaq, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə müzakirələr aparılacaq. Bununla yanaşı, daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat veriləcək.

       Qeyd edək ki, seminarı KPMG-nin Moskva ofisinin ekspertləri İqor Koroteçkiy, Yelena Xobotova, və İvan Barsola idarə edəcək.

    Təlimdə tanınmış özəl şirkətlərin və dövlət müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak edəcək. Yekunda iştirakçılara İİTKM və KPMG –nin birgə sertifikatları ilə təqdim olunacaq.

    Qeyd edək ki, təlim ödənişsizdir.


    Azexportun Amazona qoşulması

    Azexport portalının rəhbəri Zaur Qardaşov

    Rəqəmsal Ticarət Qovşağı ilə bağlı xarici tanınmışların rəy və proqnozları

    Video arxiv