BƏƏ-nin Milli Müdafiə Kollecinin nümayəndələri Azərbaycanın islahat təcrübəsini müsbət qiymətləndirib

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin briqada generalı Salim Əl-Şamsini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

        İİTKM-nin icraçı direktoru Vusal Qasımlı əvvəlcə Azərbaycanda aparılan iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat təqdim edib. O bildirib ki, Azərbaycan dünya okeanına birbaşa çıxışı olmayan ölkə olsa belə, 7 neft-qaz kəməri vasitəsilə təkcə özünün yox, bütövlükdə Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdılmasında mühüm rol oynayıb. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Dəniz Ticarət Limanı və Astara-Astara kimi layihələrlə Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirib. V.Qasımlı Azərbaycanın yeni yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumat verib. Bildirib ki, bu qovşaq Böyük İpək Yolu üzrə rəqəmsal məkanının, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Oktyabr ayında Bakıda keçirilən “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransı da xatırladaraq əlavə edib ki, bu qovşaq müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün də əhəmiyyətli bir qurumdur.

        İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı Azərbaycanda aparılan islahat prosesi, Strateji Yol Xəritələri və hazırda həmin sənəd əsasında hazırlanan monitorinq və qiymətləndirmə ilə bağlı məlumatları əks etdirən təqdimatla çıxış edib.

      Görüş zamanı bildirilib ki, Azərbaycan və BƏƏ müsəlman aləmində uğurlu iqtisadi islahatlar aparan və strateji idarəetməni tətbiq edən nümunəvi ölkələrdi. Hər iki ölkənin iqtisadi şaxələndirmə sahəsində əməkdaşlığı və təcrübə mübadiləsinin genişləndirilməsi arzuolunandır. BƏƏ-nin ixracyönümlü investisiyalarının Azərbaycanda nəqliyyat, logistika, sənaye, turizm və kənd təsərrüfatı sahələrinə daha geniş miqyasda cəlbi mümkündür. Görüşdə o da vurğulanıb ki, BƏƏ Azərbaycanın Rəqəmsal Ticarət Qovşağında iştirak etməklə Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında və vahid rəqəmsal məkanın yaradılmasında iştirak edə bilər.

      Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyəti həmçinin Bir Pəncərə İxraca Dəstək Mərkəzində ixraçatçılara yaradılan şəraitə tanış olublar. Qeyd edilib ki, Azərbaycan və BƏƏ ixracın dəstəklənməsi sahəsində toplanmış təcrübənin qarşılıqlı mübadiləsi sahəsində də əməkdaşlıq imkanlarına malikdirlər.


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv