Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyəti İİTKM-də olub

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Ticarət Mərkəzinin (İTC) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətini qəbul edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı son dövrlərdə Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı birlikdə ekosistem yaradaraq e-ticarət, e-kommersiya və e-ödəniş sisteminin inkişafı üçün zəmindir: “Bu ekosistemin fəaliyyəti nəticəsində ölkədən qeyri-neft ixracı sadələşib, rəqəmsallaşıb və ixracın coğrafiyası və əmtəə tərkibi xeyli diversifikasiya olunub. İİTKM-in yaratdığı ekosistem ixracatçılara sertifikatlaşdırma, nəqliyyat, logistika və gömrük prosedurlarının həyata keçirilməsində dəstək verir.”

       Beynəlxalq Ticarət Mərkəzinin (İTC) Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yelena Boutrimova Azərbaycanda kiçik və orta sahibkarlığa (KOS) göstərilən dəstəyin diqqətəlayiq olduğunu və İİTKM-in KOS-ların Avropa bazalarına çıxış imkanlarının artırılması istiqamətində addımlarını dəstəklədiklərini bildirib. Qeyd olunub ki, Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı üzərindən Azərbaycan məhsullarının Amazon və Ebay vasitəsilə ABŞ bazarlarında satışına dəstək verə bilər.

       Müzakirələrin ardınca “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olan nümayəndə heyəti burada ixracatçılara yaradılan şəraitin yaxşı təcrübə olduğunu qeyd ediblər.


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv