"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sahibkar məmnunluğuna səbəb olur

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə müraciət edən ixracatçılar üçün bütün müvafiq şərait yaradılıb. Sahibkarlar ixrac etdikləri məhsullara baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları "Bir Pəncərə"dən alırlar. Eyni zamanda mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar. Sahibkarlar həmçinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər alır, Azexport portalı üzərindən ixrac imkanlarını genişləndirir və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətlərindən də yararlanırlar.

    Azərbaycan sahibkarı Sahib Zərbəliyev "Bir Pəncərə"nin xidmətindən ixrac üçün lazımı sənədləri aldıqdan sonra Mərkəzin fəaliyyəti ilə bağlı məmnunluğunu bildirib: “"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sözün əsl mənasında bizlər üçün böyük bir dəstək olaraq ixrac prosesini xeyli asanlaşdırıb. Mərkəz vasitəsilə sənədləri almaq üçün sərf etdiyimiz vaxta qənaət edərək daha məhsuldar fəaliyyətə nail ola bilərik. Məsələn, mən ixrac üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bir Pəncərə" İxraca Dəstək Mərkəzindəki nümayəndəsinə müraciət edib lazımi sənədləri qısa zamanda rahatlıqla topladım."

    Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.


    "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar (İTV)

    Dr.Vüsal Musayev-“Doing business” hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması

    İİTKM-in İqtisadçı eksperti Vüsal Musayev

    Video arxiv