“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Global G.A.P təlimi keçirilib

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçirilib. Təlimi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Avropanın ən qədim və yüksək reytinqə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə reallaşdırıb.
    Təlim müddətində iştirakçılara Global G.A.P standartı barədə ümumi məlumat, Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsü, standartın tətbiqindən əldə olunan üstünlüklər, Global G.A.P – sənədlərin “Modul bazası”nın tətbiqi barədə prezentasiyalar şəklində geniş məlumat təqdim ediləcək.
    “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, bu təlim vasitə ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanda həyata keçirilən ixrac missiyalarının keyfiyyətinin artırılması istiqamətində ixracatçı sahibkarların maarifləndirilməsi layihəsinə start verilib. Layihə çərçivəsində ixracatçı sahibkarlar standartlaşma sahəsində yeni informasiyalar qazanacaq, xarici ticarətdə qəbul olunmuş beynəlxalq standartların üstünlükləri haqqında yeni biliklər qazanacaq. “Xüsusilə, Azərbaycanın ixracatında kənd təsərrüfatı və qida məhsullarının sürətlə artdığını nəzərə alsaq qida təhlükəsizliyiə bağlı bu standartlar sözügedən sahibkarlara yeni bazarlar açacaq, yeni müştərilər qazandıracaq. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yalnız sahibkarlara sənədlərin qısa müddətdə verilməsi ilə kifayətlənmir, həmçinin ölkənin ixrac siyasətinin müasir standartlara cavab verməsi istiqamətində sahibkarlar arasında maarifləndirmə işləri aparılır.”
    TÜV Avstriya Azərbaycan şirkətinin baş direktoru Mustafa Perçinçek əlavə edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birlikdə Azərbaycanda belə bir tədbirin reallaşdırılması əlaqələrin möhkəmlənməsi eləcə də sahibkarlara dəstək üçün çox uğurlu bir addımdır. Onun sözlərinə görə bu istiqamətdə marifləndirici seminarların davamlı olaraq təşkil edilməsi haqqında artıq ilkin razılıq da əldə edilib.
    Təlimin təlimatçısı TÜV Avstriya Azərbaycan şirkətinin təlimçisi Rəna Muradovadır.
    Qeyd edək ki, müxtəlif ixracatçı şirkət, sahibkar və bank nümayəndələri daxil olmaqla təlimdə 20-dən artıq şəxs iştirak edib. Bir günlük təlimin sonunda iştirakçılar Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkətinin birgə sertifakatı ilə təltif olunub.
    Tədbir iştirakçıları həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Onlara Mərkəz barədə ətraflı məlumat təqdim edilib.
    Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, tel: 012 521 28 48) fəaliyyət göstərir.



    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv