Dr. Vüsal Qasımlı ASAN könüllülərlə görüşüb

  • A
  • A+
  • A-
  •   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin   qonağı olub. Vüsal Qasımlı çıxışı zamanı bilidirib ki, Azərbaycanda gənclərin eləcə də ASAN  könüllülərin çiyinlərində məsuliyyətli yük var. İndi Azərbaycan bilik iqtisadiyyatı deyil, səriştə iqtisadiyyatı qurmalıdır. Çünki insan kapitalının inkişafı səriştə üzərində qurulub. “Bizə də indi səriştəli insan resursları lazımdır. Bir modeldən o birinə keçid bunu tələb edir.”

     Çıxışı zamanı Vüsal Qasımlı ASAN könüllülərinin uğurlu startap layihələri, eyni zamanda bir çox yaddaqalan təşəbbüslər etdiyini vurğulayıb. O, həmçinin bu istiqamətdə ASAN könüllərinə fəaliyyətlərində uğurlar arzu edib. 150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Vüsal Qasımlı gəncləri maraqlandıran sualları cavablandırıb.

    Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.


    AzTv-nin Günün Nəbzi proqramı

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” konfransı AzTV-nin efirində

    Video arxiv