Dr.Vüsal Qasımlı Xəzər Universitetində ictimai mühazirə oxuyub

  • A
  • A+
  • A-
  •  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Xəzər Universitetində “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə təşkil edib.

     Tədbirin açılışını Xəzər Universitetinin dekanı Dr. Ceyhun Məmmədov edib. O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun və ixracın şaxələnməsində, insan kapitalının inkişafında Strateji Yol Xəritələrinin rolu böyükdür. Onun sözlərinə görə, Xəzər Universitetində bu mövzuda mühazirənin təşkil olunması, ölkədə aparılan islahat prosesi barədə ətraflı məlumatların təqdim edilməsi, gənclərin maariflənməsi baxımdan əhəmiyyətlidir.

     Xəzər Universitetinin rektoru Dr.Hassan Niknafs iştirakçıları salamlayaraq bildirib ki, Universitetin tələbələri beynəlxalq proqram və layihələrdə fəal iştirak edir. Bu səbəbdən də ölkədə aparılan islahatların onlara düzgün təqdim olunması Azərbaycanın müsbət imicinin formalaşmasına öz təsirini göstərir.

    Xəzər Universitetinin tədris işləri üzrə prorektoru, professor Məhəmməd Nuriyev isə bildirib ki, təhsil ocaqlarında,auditoriyalarda aparılan nəzəri diskussiyalar, müəyyən proses çərçivəsində tədricən  praktiki müstəviyə keçir. “Azərbaycanda Strateji Yol Xəritələrinin qəbul edilməsi, islahat prosesinə zamanında start verilməsi Azərbaycanın dünyada tüğyan edən böhran vəziyyətindən qismən sabit çıxmasına səbəb oldu. Ən əsası isə bu islahat prosesində mühüm yer biliyə və insan kapitalına yönəlib.”

      Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müəllim – professor, eləcə də tələbə heyətinə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə təqdim edib. Vüsal Qasımlı qeyd edib ki, tədris ili başlayandan bəri Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın universitetdə belə görüşlər keçirilib. Bu görüşlərin hər birində iştirakçıların marağının və müsbət rəyinin şahidi olub: “Dördüncü sənaye inqilabı şəraitində big data, əşyaların interneti, 3D printer, kvant hesablamaları, həmçinin bio, nano və koqnitiv texnoligiyalar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu çağırışlara cavab vermək üçün Prezident İlham Əliyev qeyd etdiyi kimi insan kapitalını inkişaf etdirir, infrastrukturu yaxşlaşdırır və islahatları davam etdirir. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu Prezidentin rəhbərliyi ilə aparılan yeni nəsil islahatların müsbət nəticələr verdiyini qeyd edirlər. Bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Beləliklə 2017 –ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.“

      Qeyd edək ki, ictimai mühazirədə 200 dən artıq professor-müəllim və tələbə heyəti iştirak edib. Mühazirədən sonra universitetin müxtəlif kafedralardan ibarət professor müəllim heyəti aktiv olaraq, onları maraqlandıran suallar ünvanlayıblar. 

     


    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ATV-də yayımlanan "İqtisadi Zona" verilişinin qonağı olub

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    "Made in Azerbaijan" verilişinin növbəti sayı

    Video arxiv