Dünya Bankının Azərbaycandakı rəhbəri İİTKM-də olub

  • A
  • A+
  • A-
  •  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvini qəbul edib.

     Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankı arasında 2017-ci il ərzində islahat gündəliyinin formalaşması, habelə monitorinq və qiymətləndirmə sahəsində əməkdaşlığın faydası müzakirə edilmişdir. Qərara gəlinmişdir ki, bundan sonra da İİTKM və Dünya Bankı əməkdaşlığı daha geniş formatda davam etdirəcəklər.

    2017-ci ildə Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycanın 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlməsi xüsusilə Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatların nəticəsi kimi qiymətləndirilmişdir. Görüşdə qeyd edilib ki, Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda bildirib ki, Azərbaycanda iqtisadi çətinliklər arxada qalıb və ölkədə sabitliyə və inkişafa nail olunub.

    Görüşdə qeyd edilib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində qısamüddətli dönəmdə valyuta ehtiyatları 42 milyard ABŞ dollarına çatıb, qeyri-neft sektoru 2 faiz böyüyüb, manatın məzənnəsi sabitləşib, qeyri-neft ixracı ¼ həcmdə artıb


    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ATV-də yayımlanan "İqtisadi Zona" verilişinin qonağı olub

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    "Made in Azerbaijan" verilişinin növbəti sayı

    Video arxiv