Dünya Bankının nümayəndə heyəti İİTKM-də olub

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvini qəbul edib. Görüşdə Azərbaycan iqtisadiyyatında aparılan uğurlu islahatlar və əldə olunmuş makroiqtisadi sabitlik müzakirə edilərək gələcək inkişaf perspektivlərinə toxunulub. Xüsusilə qeyd edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsi ilə iqtisadiyyatın şaxələndirilməsi, yeni drayverlərin tapılması, dünya dəyər zəncirində mövqelərin gücləndirilməsi və institutsional təkmilləşdirmə mümkün olacaq. Həmçinin Dünya Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsi qərara alınıb. 

    "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar (İTV)

    Dr.Vüsal Musayev-“Doing business” hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması

    İİTKM-in İqtisadçı eksperti Vüsal Musayev

    Video arxiv