Ən çox axtarılan Azərbaycan məhsullarının adı açıqlanıb

  • A
  • A+
  • A-
  •    Azexport.az Alibaba.com portalı vasitəsi ilə Azərbaycan məhsullarına xarici bazarlardan daxil olan tələbə dair infoqrammanı Azərbaycanlı iş adamlarına təqdim edib.
      İnfoqrammada əks olunan məlumatlara əsasən ötən bir ay ərzində portal vasitəsi ilə Azərbaycandan ən çox 1500-dən artıq sorğu ilə şərab və digər içki növləri, 600-dən artıq sorğu ilə meyvə və quru meyvələr, 250-dən artıq sorğu ilə mebel və 160-dan artıq sorğu vasitəsi ilə dərman bitkiləri və biyan kökü alibaba.com-da axtarış verilib.
       Qeyd edək bu məlumatlar Alibaba.com  saytının statistik göstəriciləri əsasında Azexport.az saytı tərəfindən hazırlanıb. Məlumatlar Alibaba.com istifadəçilərinin 20 fərqli ölkədən apardıqları axtarış sorğularına əsaslanır.
       Əlavə edək ki, azexport.az dünyanın ən nüfuzlu ticarət portallarından biri olan Alibabanın qızıl üzvüdür və əldə olunan razılaşmaya uyğun olaraq azexport.az mütəmadi olaraq portalın statistik məlumatları əsasında xarici bazarlara dair azərbaycanlı iş adamlarına analitik məlumatlar təqdim edəcək.

     


    Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki yekun çıxışında yenidən sahibkarlara səslənərək onlara Azexport portalını izləməyi məsləhət bildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib ki, Azexport portalı dünya miqyasında özünü tanıda bilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Video arxiv