Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb

  • A
  • A+
  • A-
  •  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqanı yaradıb. Bu barədə şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirib ki, yeni yaradılan Agentlik Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında publik hüquqi şəxs statusu ilə yaradılıb.

    “Cənab Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasəti nəticəsində ölkədə yaranan əlverişli mühit digər sektorlarla yanaşı tikinti sektoruna da müsbət təsir göstərir və hazırda sözügedən sektora yatırılan investisiya qoyuluşunun səviyyəsi sürətlə bərpa edilir. Yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan işlər kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını və dünya standartlarına uyğunlaşdırılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsini zəruri edir.”

    Bununla əlaqədar, yaradılan yeni Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində aşağıda verilmiş vəzifələri icra edəcək:

    • bazar iştirakçıları arasında münasibətlərin tənzimlənməsi;
    • müəssisələrin fəaliyyətinin təhlili və restrukturizasiya tədbirləri ilə bağlı təkliflərin verilməsi;
    • göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması;
    • fəaliyyət göstərən müəssisələrdə sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
    • istehsalın diversifikasiyası və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması;
    • mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi.

    Burada xüsusilə vurğulanmalıdır ki, enerji təchizatı şəffaf, çevik və sahibkarlar üçün daha əlçatan olacaq.

    Kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verən və sahəyə  investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəni təmin edən tənzimləyici qurumun - Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafı ilə yanaşı kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi üçün münbit şərait yaradır.

     


    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ATV-də yayımlanan "İqtisadi Zona" verilişinin qonağı olub

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    "Made in Azerbaijan" verilişinin növbəti sayı

    Video arxiv