İİTKM Asiya Beyin Mərkəzlərinin Forumunda təmsil olunub

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayaz Çaparlı Şri - Lankada Asiya İnkişaf Bankı-Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda iştirak edib. Forum Şri -Lankanın Kolomba şəhərində Asiya İnkişaf Bankı və Şri-Lanka Siyasi Elmlər İnstitutunun təşkilatçılığı ilə keçirilib. Forumda 23 ölkədən dəvət olunmuş nümayəndələrin iştirakı ilə urbanizasiyanın maliyyələşmə üsulları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, quruma üzv beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etmək məqsədi ilə Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur.

    Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda ötən ildən başlyaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir.


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv