İİTKM-də ali təhsilin innovasiyada rolu müzakirə edilib

  • A
  • A+
  • A-
  •  Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Ali Təhsil Sektoru üzrə Missiyası ilə birlikdə “Ali Təhsilin İnnovasiyada Rolu” mövzusunda seminar keçirilib. Seminarda dövlət qurumlarının nümayəndələri, universitetlər və tədqiqat institutlarının 30 - dan artıq nümayəndəsi iştirak edib.

      Seminarda açılış nitqində çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, innovasiya yönümlü inkişaf Strateji Yol Xəritələrində də xüsusi qeyd edilib: “Əsas məqsəd elm –təhsil-biznes ekosisteminin və əmək resurslarının qlobal və yerli trendlərə uyğun inkişafıdır. Azərbaycanda innovativ sahibkarlığın inkişafı məhz qlobal bazarların tələbinə uyğun qurulmalıdır.” V. Qasımlı həmçinin bildirib ki, ölkədə innovasiya siyasətində dünya təcrübəsinə uyğun institutsional koordinasiya mümkündür.

       Qeyd edək ki, “Ali Təhsilin İnnovasiyada Rolu” mövzusunda keçirilən seminar bir neçə istiqamət üzrə aparılıb. Seminarın elmi tədqiqatların maliyyələşdirilməsi üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı hissəsində tədqiqatın mövcud vəziyyəti, maliyyələşdirilməsi üzrə təqdimat iştirakçıların böyük marağına səbəb olub. Həmçinin bu istiqamətdə davam edən islahatlar, əsas problemlər və imkanlardan danışılıb. Azərbaycanda texnologiyaların ötürülməsi üçün əlverişli mühit üzrə qlobal tendensiyalar mövzusu  geniş müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda intellektual mülkiyyət sisteminin tətbiqi, kommersializasiya üçün təşviqedici amillər, özəl sektor ilə əlaqələrin yaradılması bu sahənin inkişafı üçün vacib amillərdir.

      Dünya Bankının digər nümayəndəsi İvona Borovikin təqdimatında isə bacarıqların inkişaf etdirilməsi, sahibkarlığın təşviqi və innovasiya sisteminin idarə olunmasından danışılıb.

    Seminarın “İnnovativ inkişaf: Azərbaycan perspektivi” adlanan bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının nümayəndəsi Vüsal Süleymanlı “Ali təhsilin innovasiyada rolu”,  Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Anar Rzayev “Ali təhsildə tədqiqat və innovasiyaların təşviqi”, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov “Startapların uğur ehtimalının artırılması üçün Barama təcrübəsi” mövzusunda təqdimatlar ediblər.

     Təqdimatlardan sonra müzakirələr aparılıb. Bu zaman əsasən Azərbaycanın bazar üzrə müvafiq bacarıqların inkişaf etdirilməsi tədbirləri, ən yüksək bacarıq çatışmazlıqları olan sahələri, sahibkarlığı təşviq edən mövcud mexanizmləri, onların səmərəliliyi və fəaliyyət sahələri diqqət mərkəzində olub.    

     


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv