İİTKM-də Orta Müddətli Büdcə Planlaşdırılması müzakirə edilib

  • A
  • A+
  • A-
  • Dünya Bankını Azərbaycana səfər edən missiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) olub. Missiyanın mütəxəssisləri Lan Hokesvörs, Yelena Bondarenko, Yelena Nikulinadan ibarət nümayəndə heyətini İİTKM-in icraçı direktoru Vüsal Qasımlı qəbul edib. Görüş zamanı əsasən Orta Müddətli Büdcə Planlaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.

    Vüsal Qasımlı ölkədə aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildə Azərbaycanda xarici şokların yaratdığı çağırışlar uğurla aradan qaldırılib, makroiqtisadi sabitlik bərpa edilib və növbəti dövrdə dayanıqlı inkişafın əsas trayektoriyaları müəyyənləşdirilib: “Hazırda İİTKM-də güclü proqram təminatına malik olan, iqtisadi təhlil və proqnozlaşdırma potensialına sahib laboratoriya mövcuddur. Bu da imkan verir ki, İİTKM-in Nizamnaməsinə uyğun olara dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlillər aparılsın.”

     Strateji yol xəritələrinə uyğun olaraq neft gəlirlərindən rasional istifadə edilməsi üçün “qızıl qayda” yanaşması və dövlət borcunun idarə edilməsi üçün zəruri fiskal çərçivə yaradılır. Bu kontekstdə Ortamüddətli Xərclər Çərçivəsinin daha da gücləndirilməsi, güclü büdcə idarəçiliyi və onun nəticəəsaslı büdcə təşkilinə uyğunlaşdırılması dövlət xərclərinin səmərəliliyinin artırılması və neft gəlirlərinin dəyişkənliyinin azaldılması üçün görülən tədbirlərin davamıdır.

      Görüşdə həmçinin fiskal sahədə statistika, proqnozlaşdırma və institutsional sahədə görülən işlər barədə fikir mübadiləsi olub.


    Biznesmen.az saytının sahibkarlar üçün göstərilən xidmətlər haqda hazırladığı video

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə

    İİTKM-də 2017-ci ilin yekunlarına dair mətbuat konfransı

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv