İİTKM Dövlət Neft və Sənaye Universitetində ictimai mühazirə keçirib

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə keçirib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq universitetdə aparılan işlər barədə qısa məlumat verib. O 2015-ci ildə universitetin adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılmasının ali məktəb qarşısında neft və qeyri-neft sektoru üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində geniş vəzifələr qoyduğunu qeyd edib. Rektor M.Babanlı ADNSU-nun inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatının ehtiyaclarını ödəyə biləcək səviyyədə və dünya miqyasında əmək bazarı üçün rəqabətqabiliyyətli yüksəkixtisaslı kadrların yetişdirilməsinin başlıca məqsəd olduğunu vurğulayıb. Bu işlərin ölkə başçısı cənab İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi zərurəti haqqında çağırışına uyğun olaraq aparıldığını qeyd edən rektor M.Babanlı ADNSU-nun tədris, elm və innovasiyaların vəhdətinə söykənən tədrisin həyata keçirildiyini bildirib. ADNSU-nun “  START” Startap və İnnovasiya Mərkəzində tələbələrin gerçəkləşdirdiyi bir neçə layihənin “Made in Azerbaijan” brendi adı altında bazara çıxarılması istiqamətində işlərin yekun mərhələyə çatdığını qeyd edərək ADNSU-nun Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə bu sahədə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Bir müddət əvvəl ADNSU tələbələrinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində istehsalat təcrübəsi keçməsi barədə əldə olunan razılığın universitetlə qurum arasında əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açdığını da  əlavə edib. Rektor M.Babanlı ölkədə keçirilən islahatlar barədə bu günün tələbələri – gələcəyin mütəxəssislərinin məlumatlandırılması kampaniyasının əhəmiyyətini qeyd edib və tələbələri fəal olmağa səsləyib.

       İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ictimai mühazirsində bildirib ki, iqtisadi islahatlar nəticəsində Azərbaycan nəinki böhranı arxada qoydu, eyni zamanda Dünya Bankı və Dünya İqtisadi Forumunun reytinqlərində xeyli irəlilədi və Avropa və Mərkəzi Asiya bölgəsində ən islahatçı üç ölkədən birinə çevrildi: “İslahatlar təkcə qanunvericiliyin təkmilləşdirilməsi və yeni institutların yaradılması ilə yekunlaşmır, həm də icra vacibdir. İslahatların həyata keçirilməsi zamanı gənc istedadlı və vətənpərvər kadrların iştirakı əhəmiyyətlidir. Əmək bazarı iqtisadiyyatın inkişaf perspektivlərinə və şaxələndirmə siyasətinə uyğunlaşmalıdır.” V.Qasımlı həmçinin gənc kadrların və professor-müəllim heyətinin islahatlar barədə məlumatlı olmasının ictimai rəyin formalaşmasında əhəmiyyətinə də toxunub: “Universitetlərimiz islahatların həm təbliğində, həm də generasiyasında yaxından iştirak etməlidirlər.”

        Tədbirin sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübə keçməsi razılaşdırılıb.

         Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycanın aparıcı universitetlərində belə silsilə görüşlərin təşkil etməsində məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələrin islahatlarla bağlı daha dolğun məlumatlandırmaq və onların bu proseslə bağlı fikirlərini öyrənməkdən ibarətdir.


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv