İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

  • A
  • A+
  • A-
  • Dünya İqtisadi forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi 2018”-də Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun İnklüziv inkişaf hesabatında Azərbaycan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyir ki, Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında inkişaf etməkdə olan ölkələr üzrə ilk üçlükdə, MDB-də isə  lider olması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sürətli, məqsədyönlü, inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir. 

    Nicat Hacızadə həmçinin Azərbaycanın İnklüziv İnkişaf İndeksi 2018” – də irəliləməsinin vacibliyi barədə danışaraq qeyd edir ki, hesabatın əsas qayəsi insanların maddi və sosial rifah halının, məşğulluq, sağlam həyat gözləntilərinin qiymətləndirilməsi və ölçülməsidir. Sözügedən indeks üzrə Azərbaycan ilk üçlükdə qiymətləndirilib ki, bu Azərbaycanda əhalinin sosial rifah halının digər ölkələrə nisbətdə daha yaxşı olması, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı sosial iqtisadi islahatların tərkib hissəsidir. Hesabatı tədqiq və təhlil etdikdə, müşahidə etmək mümkündür ki, müxtəlif indikatorlar üzrə Azərbaycanın mövqeyi bir sıra Avropa ölkələrindən və bütün MDB-dən daha yaxşıdır.

    Qeyd edək ki, İnklüziv inkişaf indeksi 3 əsas indikator olmaqla, 12 sub-indikatora əsasən formalaşır. “Artım və İnkişaf”, “İnklüzivlik”, “Nəsillərarası bərabərlik və dayanıqlılıq” əsas indekslər olmaqla inkişaf etmiş və inkişafda olan ölkələrin reytinqini formalaşdırır. “İnklüziv İnkişaf İndeksi 2018”  hesabatı ölkələrin adam başına düşən ÜDM, əmək məhsuldarlığı, sağlam həyat gözləntiləri, məşğulluq, CİNİ əmsalı+, yoxsulluq dərəcəsi, xalis yığımların tənzimlənməsi və s. sub indikatorlar əsasında qiymətləndirir.

     Sözügedən hesabatın ilk indikatoru sayılan “Artım və İnkişaf” göstəricisi əsas makroiqtisadi sub-indikatoru sayılan və ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri adambaşına düşən ÜDM üzrə, habelə əhalinin məşğulluğu, əmək məhsuldarlığı və tibbi nöqteyi cəhətdən sağlam insanların gözləntiləri  üzrə Azərbaycan yüksək qiymətləndirilib. Şübhəsiz ki, bütün bunlar Azərbaycan Respublikası Prezidentinin son illər apardığı dərin iqtisadi islahatların nəticəsidir. Əhalinin bütün təbəqələrinin maddi və sosial rifah halını daima diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizdə apardığı sosial siyasət beynəlxalq reytinqlər tərəfindən obyektiv və yüksək şəkildə qiymətləndirilib.

     Bundan əlavə, ikinci əsas indikator sayılan “İnklüzivlik” indikatoru əhali arasında təbəqələşmənin səviyyəsi, yoxsulluğu, fiziki şəxslər və ev təsərrüfatlarının gəlirlərin bölgüsünü (GİNİ – Xalis gəlirlər) təyin edir. Hesabata əsasən, sözügedən indikator üzrə ölkəmizinin əldə etdiyi qiymətləndirmə nəticələri dünyanın inkişaf etməkdə olan ölkələrindən daha yaxşıdır. Hesabatın metodologiyasına əsasən, CİNİ əmsalı sub-indikatoru 0-100 bal arasında dəyişir ki, 0 bal olduqda əhali arasında bərabərlik ən yüksək səviyyədə olması, 100 bal olduqda isə əhali arasında bərabərsizliyin ən yüksək səviyyədə olması kimi qiymətləndirilir. Sub-indikatorun hesablanması fiziki şəxslər və ev təsərrüfatlarında çalışan insanlar arasında gəlirlərin (vergi və köçürmədən sonra) bərabər və ədalətli şəkildə bölünməsini özündə ehtiva edir. Azərbaycan 28.6 balla qiymətləndirilib ki, bu sub-indkator üzrə Azərbaycan hətta lider Litvanı da geridə qoyaraq Macarıstandan sonra ən yaxşı göstəriciyə malikdir.  Digər sub-indikator olan yoxsulluq üzrə də ölkəmizin mövqeyi yüksəkdir. Bu indikatorun ölkədə əhalinin neçə faiz hissəsinin 3 dollardan daha aşağı gəlir əldə etməsini təyin edir ki, həmin faiz dərəcələri ilə yoxsulluq göstəriciləri üzrə ölkələr sıralanır. Azərbaycan hesabatda orta-yüksək gəlirli ölkələr sırasına daxildir ki, bütün MDB-dən öndədir. Əlavə olaraq qeyd etmək yerinə düşər  ki, MDB-də yoxsulluq reytinqi üzrə ən aşağı göstərici sırasında Tacikistan, Qırğızıstan və Ermənistanın adı çəkilir.

    Adı çəkilən inklüzivlik göstəricisinin sonuncu sub-indikatoru median gəliri indikatoru adlanır. Bu indikator özündə makroiqtisadi parametrləri cəmləşdirir. Belə ki, sub-göstəricisinin hesablanmasında əsas məqsəd ölkədə əhalinin alıcılıq qabiliyyətinin hesablanması və müvafiq olaraq qiymətləndirilməsdir. Beynəlxalq hesabatın göstəricisini metodologiyaya əsasən təhlil etdikdə, müşahidə edirik ki, dünya da baş verən bir sıra mənfi tendensiyalara baxmayaraq neft ixracatçısı ölkəsi hesab edilən Azərbaycanda milli valyutanın ABŞ dolları qarşısında dəyər itirməsinə baxmayaraq, ölkədə qiymətlər sabitliyini qoruyub saxlayıb və əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir edib.

    “İnklüziv İnkişaf İndeksi 2018” hesabatının sonuncu, “Dayanıqlılıq” indikatoru dövlət borcunun hesablanması, asılılıq indeksi sub-indikatorları təşkil edirlər. Dövlət borcunun ÜDM-də payına əsasən Azərbaycan Qlobal Rəqabətlilik hesabatında olduğu kimi bu hesabatda da yüksək qiymətləndirilib. Dövlət borcu indikatorunun metodologiyasına əsasən, xalis borcun tərkibinə müxtəlif öhdəliklər daxildir. Bu öhdəliklərə depozitlər, istiqrazlar, ödəniləcək kreditlər, sığorta, pensiyalar və digər öhdəliklər dövlət borcunun tərkib hissəsidir. Hesabatın qiymətləndirilməsi göstərir ki, Azərbaycan dövlət borcunun ÜDM-də payına görə MDB və regionun lider dövlətidir. Bundan əlavə, Azərbaycanın strateji valyuta ehtiyatları  beynəlxalq iqtisadi qurumlar qarşısında rahat borc götürməyə imkan yaradır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan  beynəlxalq layihələr rentabelliyinə və gələcək perspektivlərinə görə aparıcı beynəlxalq iqtisadi təşkilatların, bankların və fondların hər zaman diqqətində olub. Bu səbəbdən Azərbaycan dövlət borclarının səmərəli icrasına görə hər zaman nüfuzlu beynəlxalq indekslər tərəfindən müsbət qiymətləndirilib.

    Sonuncu sub-indikator asılılıq göstəricisi isə iqtisadi cəhətdən fəal əhali ilə fəal olmayan əhalinin iqtisadiyyatda yeri, iqtisadi cəhətdən fəal əhalinin iqtisadiyyata töhfəsini hesablayır. Azərbaycan iqtisadi fəal əhali (işçi qüvvəsi) – məşğul və işsiz əhalinin ümumi sayını əhatə edir. 15 və yuxarı yaşda məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Beynəlxalq indeksin metodologiyasına əsasən, 15-64 yaş arası iqtisadi fəal əhali sayı və 100 nəfərə düşən hesaba əsasən qiymətləndirmə aparılır. Habelə, beynəlxalq iqtisadi ədəbiyyatlar asıllıq indeksi deyərkən əhalinin neçə faizinin işlək olduğu və gəlir götürmək qabiliyyətinə malik olduğunu ölçür. Sözügedən əmsalın çox olması əhali arasında iqtisadi cəhətdən fəal olmayan əhalinin çox olması deməkdir ki, bu sosial təminat, sosial müdafiə və səhiyyə xərclərinin daha çox olması anlmanına gəlir ki, bu iqtisadiyyatda əlavə dəyər yaratma qabiliyyətinə mənfi yöndən təsir edir. Azərbaycan bu sub-indikator üzrə 40.9% səviyyəsində qiymətləndirilib ki, bu da əksər inkişaf etmiş və inkişafda olan ölkələrin faiz dərəcələrindən daha azdır. Başqa sözlə ölkəmizdə olan fəal iqtisadi əhalinin sayı iqtisadiyyatda daha çox üstünlük təşkil edir.

    Əlavə edək ki, Azərbaycan Litva və Macarıstandan cüzi faizlərlə geri qalıb ki, bu da müvafiq olaraq 0.17 və 0.05 faiz təşkil edib.  Reytinqdə Azərbaycan Latviya, Polşa, Xorvatiya, Ruminiya, Bolqarıstan, Makedoniya kimi ölkələri 0.2 – 0.5% dərəcələri ilə, qonşu Rusiyanı 0.49%, Türkiyəni 0.43%, Gürcüstanı 0.7%, İran İslam Respublikasını 0.61%, Ermənistanı 1.03% qabaqlayıb.


    Biznesmen.az saytının sahibkarlar üçün göstərilən xidmətlər haqda hazırladığı video

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə

    İİTKM-də 2017-ci ilin yekunlarına dair mətbuat konfransı

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv