İqtisadi İslahatlarin Təhlili Və Kommunikasiya Mərkəzi ictimai mühazirələrə start verib

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkənin aparıcı universitetlərində aparılan uğurlu iqtisadi islahatlara həsr olunmuş ictimai mühazirələrin təşkilinə start verib. Bu məqsədlə İİTKM- nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk mühazirəni oxuyub.

    Öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov müəllim və tələbə heyətini salamlayıb. UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, 2004-2014-cü illərdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyada iqtisadi artım sürətinə görə ön sıralarda qərarlaşıb. Neftdən əldə olunan gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, əhalinin sosial rifahı yaxşılaşdırılıb, ölkədə ÜDM-dən çox həcmdə strateji valyuta ehtiyatları yaradılıb. Lakin 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin səngiməsi, institusional və struktur çağırışlar, maliyyə-bank sektorunda baş verən proseslər Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaradıb, deyə bildirən Ə.Muradov buna görə də milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi hazırlandığını vurğulayıb. Strateji Yol Xəritələrində nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edən rektor, “UNEC olaraq məqsədimiz ölkədə həyata keçirilən iqtisadi islahatların əsaslandırılması, iqtisadi artıma töhfə verəcək tədqiqatların genişləndirilməsidir” deyə, bildirib. O, UNEC-də mövcud potensialın reallaşdırılması üçün maksimal dərəcədə əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb.

    Daha sonra V. Qasımlı məruzəsinə start verib. O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri altında yaranmış çətinliklər geridə qalıb. Bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard ABŞ dollarına çatıb: “Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə gələn il Azərbaycanda neft sektorunun geriləməsinə baxmayaraq ümumi iqtisadiyyat 2 faiz böyüyəcək. Beləliklə, Azərbaycanda qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənilir. Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayırlar. Dövlət investisiya proqramı da iqtisadi inkişafı dəstəkləyəcək və 2018-ci il qeyri-neft sektorunda sürətli inkişafı təmin edəcək.”

    V.Qasımlı sonda UNEC-in professor-müəllim heyəti və tələbələrin suallarına cavab verib. Qeyd olunub ki, bu cür ictimai mühazirələr təhsil-elm-islahat sintezinin yaradılması baxımından əhəmiyyətlidir.


    "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar (İTV)

    Dr.Vüsal Musayev-“Doing business” hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması

    İİTKM-in İqtisadçı eksperti Vüsal Musayev

    Video arxiv