İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının ekspertləri ilə görüş keçirilib

  • A
  • A+
  • A-
  • İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Azərbaycanda olan missiyasını qəbul edib. Müzakirələr zamanı bildirilib ki,  Dünya Bankı Qrupunun Ticarət və Rəqabətlilik üzrə Qlobal Praktikası bölməsinin missiyası Sənaye Zonaları üzrə Texniki Yardım çərçivəsində həyata keçirilir. Dünya Bankının ekspertləri Azərbaycanda sənaye zonaları və sənaye məhəllələrinin qurulması sahəsində iştirak edən müvafiq qurumlara məsləhət xidmətlərini təqdim etməyə davam edəcəklər.

    Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə ölkədə qeyri-neft senayesinin inkişafı siyasətinə dair məlumat verib və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrin əhəmiyyətini vurğulayıb.

    Qeyd edək ki, missiyaya özəl sektor üzrə üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Melissa Rekas Mets, sənaye parkları üzrə mütəxəssis cənab Şərif Muhtaseb və sənaye parkları üzrə maliyyə mütəxəssisi cənab Ceymz Krittl daxildir. 

     


    Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki yekun çıxışında yenidən sahibkarlara səslənərək onlara Azexport portalını izləməyi məsləhət bildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib ki, Azexport portalı dünya miqyasında özünü tanıda bilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Video arxiv