İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib. Seminarda ÜDM-in gələcək inkişaf tempinin hesablanması, fiskal vəziyyətə təsir edən əsas amillər, Azərbaycanın tədiyyə balansının əsasları barəsində fikir mübadiləsi aparılıb. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) eksperti Benedikt Braumann tərəfindən keçirilən seminar iştirakçıların aktiv debatı ilə müşayət olunub. 3 gün davam edən seminarda, beynəlxalq təcrübələri əks etdirən “Case study”, həmçinin Azərbaycan üçün ödəmə balansının əsasları kimi mövzulara da toxunulub.
    Qeyd edək ki, SECO-nun eksperti Benedikt Brauman Beynəlxalq Valyuta Fondunda da uzun illər çalışıb və müxtəlif ölkələr üçün maliyyə planlamalarını aparıb. B.Brauman müəllifi olduğu və öz təcrübəsinin əks olunduğu “Makroiqtisadi planlama” kitabını təlim iştirakçılarına hədiyyə edib.


    Biznesmen.az saytının sahibkarlar üçün göstərilən xidmətlər haqda hazırladığı video

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə

    İİTKM-də 2017-ci ilin yekunlarına dair mətbuat konfransı

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv