İsmayıllıda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

  • A
  • A+
  • A-
  •  Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirəni bu dəfə İsmayıllı rayonunda həyata keçirib. İslahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə həyata keçirilən müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxıdan 200 nəfərdən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

       İlk öncə İsmayıllı rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov son illər Respublikanın ayrı - ayrı rayonlarında sistemli şəkildə aparılan abadlıq quruculuq işləri barədə məlumat verib. O deyib ki, Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası, əhalinin rifah halının yaxşılaşması, regionların iqtisadi potensialının tam reallaşdırılması, kənd yerlərinin inkişafı, əlverişli biznes biznes mühitinin formalaşdırılması, iqtisadi və sosial problemlərin həlli üçün mümkün olan bütün qüvvələr səfər edilib. Proses bundan sonra da davam etdiriləcək.

      Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov çıxış edib. O qeyd edib ki, regionlarda belə müşavirələrin təşkil olunması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. “Regional müzakirələrin keçirilməsində əsas  məqsəd ölkədə aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin qəbulu və bu istiqamətdə həyata keçirilən işlər haqqında regionlarda əhalini xüsusilə də sahibkarları məlumatlandırmaq, eyni zamanda sadəcə məlumatlandırmaq yox, iqtisadi islahatların aparılmasında ictimai iştirakçılığı da məhz  regionlarda da təmin etməkdən ibarətdir.” Elxan Mikayılov vurğulayıb ki, Xüsusilə də, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyəyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılmasıregional müzakirələrin keçirilməsində əsas  məqsədlərdən biri olduğu qeyd edilib.

    Azərbaycan Milli Məclisinin deputatı Novruz Aslanov öz çıxışında bölgələrin sosial-iqtisadi inkişafından, o cümlədən İsmayıllı rayonunda həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi sahənin inkişafından danışıb və xüsusi ilə sahibkarları bu müzakirələrdə aktiv iştirak etməyə çağırıb.

    Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzov"Azərbaycan Respublikasında iqtisadi islahatlar: Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda prezentasiya təqdim edib.

       Tədbirdə həmçinin İqtisadiyyat nazirliyi, Kənd Təsərrüfatı nazirliyi, eləcə də Vergilər nazirliyinin 10 saylı ərazi vergilər idarəsinin direktoru Cavid Kəngərli  iştirak edib.

    İqtisadiyyat nazirliyinin sektor müdiri  Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar  və əldə edilmiş nəticələr” mövzusunda çıxış edib.

    Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrin maraqlandıran suallara cavablar verilib. Əlavə edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin buna qədər Ağdam, Şəki və Qubada 500-dən artıq sakinlə analoji formada müzakirə aparılıb. Görüşlər Gəncə,Şirvan, Lənkəran və Mingəçevirdə də təşkil olunacaq

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv