Pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə təlim keçirilib

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ( İİTKM)  pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə Azexport.az internet portalından istifadə barədə təlim keçirilib.

    Qeyd edək ki,   pambıqçılığın, tütünçülüyün, baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planlarında Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri ilə birgə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də qarşısına pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda (Azexport.az) yerləşdirilməsi məsələsi qoyulub. Bu 3 proqramın icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirdə 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib və onlara Azexport.az internet portalı barədə ətraflı məlumat verilib. Azexport.az internet portalının meneceri Ayxan Qədəşov təlimdə təqdimatla çıxış edib və şirkət nümayəndələrinə məhsulları portala yerləşdirilməsi qaydasını izah edib.

    İİTKM –in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Dr. Ramil Hüseyn, Azexport.az internet portalının rəhbəri Dr. Zaur Qardaşov şirkət nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

    Təlimdən sonra pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.


    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ATV-də yayımlanan "İqtisadi Zona" verilişinin qonağı olub

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    "Made in Azerbaijan" verilişinin növbəti sayı

    Video arxiv