Prezident İlham Əliyev Turizm Şurasının tərkibini təsdiqləyib

  • A
  • A+
  • A-
  •   Prezident İlham Əliyev turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərman Prezidentin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanının və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamının tətbiqi ilə əlaqədar imzalanıb.  

     Sənədə əsasən “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilib.

    Bundan başqa, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması,  fəaliyyətinin təmin edilməsi və maliyyələşdirilməsinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumlara müvafiq göstərişlər verilib.

     Qərara əsasən Azərbaycan Respublikası Turizm Şurasının sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin olunub. 

      Qeyd edək ki, Azərbaycanda Turizm Şurası Prezident İlham Əliyevin Sərəncamı ilə 1 sentyabr 2016 –cı ildə yaradılıb

      


    AzTv-nin Günün Nəbzi proqramı

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” konfransı AzTV-nin efirində

    Video arxiv