Rəqəmsal texnologiyaların PR aləti olaraq istifadə olunmasından danışılacaq

  • A
  • A+
  • A-
  •    Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim təşkil edəcək. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış PR mütəxəssisi, Humfrey təqaüd proqramı çərşivəsində ABŞ-ın Maryland Universitində təhsil alan Azər Nəzərovun aparacağı təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsindən ibarətdir. İİTKM-nin PR meneceri Zənurə Talıbova bildirib ki, məhsullarını xarici bazarlarda satmaq istəyən, xarici bazarların axtarışında  çətinlik çəkən şirkət və sahibkarların bu təlimdə iştirakı çox faydalı ola bilər. Çünki həm də ixracatçı şirkətlərin mütəxəssisləri üçün nəzərdə tutulan təlimdə PR strategiyanın hazırlanması, hədəf auditoriya profilinin yaradılması, hədəflərin və platformaların müəyyənləşdirilməsi, hədəf auditoriya ilə ünsiyyət strategiyasının hazırlanması, kontent planın hazırlanmasından danışılacaq.  

      “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, belə seminarların təşkili “Made in Azerbaijan” brendinin təşviqi və beynəlxalq arenalara çıxarılması üçün vacib amildir. “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Azərbaycan məhsullarını xarici bazarlarda tanıtmaq, onların marketinq və kommunikasiyasını təşkil etmək qarşıya qoyulan əsas hədəflərdən biridir. Bu hədəflərə nail olmanın fundamental əsaslarından biri də, sahibkarlıq düşüncə tərzinin formalaşdırılması və maarifləndirmədir.” Nicat Hacızadənin sözlərinə görə, ölkəmizin xarici bazarlarda rəqabətqabiliyyətliyini artırmaq məqsədilə nəzərdə tutulan bu təlimlər qarşıdakı müddətdə də davam etdiriləcəkdir. Təlimlərdə iştirak edən sahibkarlar məhsullarının xarici bazarlarda satışı, beynəlxalq standartların tətbiqi, maliyyə alətlərindən istifadə qaydalarını öyrənirlər.

      Tanınmış PR mütəxəssisi Azər Nəzərov rəqəmsal texnologiyaların PR aləti olaraq istifadə olunması haqda təlimin təşkil olunma səbəindən danışarkən bildirib ki, "Bir məhsulu ixrac etmək, ona alıcı tapmaqdan öncə məhsulun və ya istehsalçı qurumun imicini formalaşdırmaq çox mühümdür. Hazırda bunun üçün müasir PR alətlərindən istifadə zəruridir. “Sevindirici haldır ki, Azərbaycanda İqtisadi İslahatların Kommunikasiya Mərkəzi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yerli sahibkarlar üçün ixrac prosesinin asanlaşdırılması, sahibkarların imicinin qurulması məqsədilə belə bir təlim təşkil edir. İnkişaf Etmiş Ölkələrin ixracyönümlü fəaliyyət göstərən qurumlarının daha yaxşı tanınmaq üçün istifadə etdikləri müasir strategiyaların Azərbaycanda da tətbiqinə başlanılması çox müsbət haldır. Bu təlimdə yerli ixracyönümlü sahibkarların xarici ölkələrdə daha yaxşı tanıdılması, imicinin formalaşması üçün lazım olan texniki və praktik bilikləri bölüşəcəyik. Onlara imicin rəqəmsal alətlər vasitəsi ilə qurulması və qorunması, bazar analizinin aparılması, Rəqəmsal PR strtegiyasının hazırlanması və hədəf auditoriyasının profilinin müəyyən olunması kimi bilikləri ötürəcəyik. Düşünürəm ki, bu bilikləri öz gələcək işlərində tətbiq edən sahibkarlar ixracyönümlü məhsullarına ölkə kənarında daha çox inam və etibar qazana biləcəklər."

       Qeyd edək ki, təlimin media dəstəyi www.premark.az saytı, iqtisadiislahat.org saytı və İKT sahəsində baş verən yeniliklərə geniş yer ayıran xəbərlər.az saytına məxsusdur.

    Təlimin sponsorları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və PreMark – Peşəkar PR və Media məsləhətçilik xidmətidir. 

    Təlimdə iştirak etmək istəyənlər http://training.ereforms.org/ saytından qeydiyyatdan keçə və təlimlə bağlı məlumatları əldə edə bilərlər  


    İİTKM-in departament rəhbəri Ramil Hüseynin ARB TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    IITKM-in departament rəhbəri Ramil Hüseynin XƏZƏR TV-yə müsahibəsi

    İİTKM-in departament rəhbəri Ramil Hüseyn

    Video arxiv