Rəqəmsal Ticarət Qovşağı Avropanın ən böyük Elektron İmza Forumunda təqdim edilib

  • A
  • A+
  • A-
  • Polşanın Şetsin şəhərində Avropada ən böyük beynəlxalq forumu hesab edilən elektron imza və etimad edilən xidmətlər üzrə XVII Avropa forumu (17th European Forum on Electronic Signature and Trust Services) keçirilib.

      Azərbaycanı Forumda “Asan İmza” mobil elektron imza xidmətinin operatoru - "B.EST Solutions" şirkətinin rəhbəri Yana Krimpe təmsil edib. O, “Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, mobil identiklik və imza xidməti olan “Asan İmza” hər yerdə və təhlükəsiz olaraq dövlət və özəl elektron xidmətlərə giriş imkanını yaradan və qanunvericilik səviyyəsində ümummilli identikliyə bərabər xidmətdir.

     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən və ölkədə elan edilmiş “Made in Azerbaijan” konsepsiyasını izləyən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası forum iştirakçılarının xüsusi marağına səbəb olub.

      “Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və “Alibaba.com”, “Wholesale” və “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi “Azexport.az” portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq. “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – transsərhəd elektron xidmətlərin reallaşdırılması üçün qlobal sistem, ölkələr və biznes arasında iqtisadi və ticarət münasibətlərinin inkişafında yeni eradır. Sənədə əsasən, biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında mobil və elektron imzaların, həmçinin elektron xidmətlərin transsərhəd olaraq tanınması modelinin tətbiqinə başlamışıq”,- deyə Y.Krimpe çıxışında vurğulayıb.

      Etimad edilən elektron xidmətlər (elektron imza və PKI daxil olmaqla), eləcə də elektron identifikasiya və təhlükəsizliyə həsr olunan Forum müxtəlif akademik, dövlət və biznes-institutlarını təmsil edən mütəxəssislərə öz məruzələrini təqdim etmək və tendensiyalar aparmaq üçün əla platformadır. Bu il Forumun işində Avropa və Asiyanın demək olar ki, 20 ölkəsindən 120-ə yaxın nümayəndə iştirak edib.

    Dəvət olunanlar sırasında Polşa, Almaniya, Belçika, Rusiya və digər ölkələrin ekspertləri də olub.


    Azexportun Amazona qoşulması

    Azexport portalının rəhbəri Zaur Qardaşov

    Rəqəmsal Ticarət Qovşağı ilə bağlı xarici tanınmışların rəy və proqnozları

    Video arxiv