Rəqəmsal Ticarət Qovşağı beynəlxalq konfransda təqdim olundu

  • A
  • A+
  • A-
  • Bakıda “Asan İmza” mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions” Azərbaycan şirkətinin təşkilatçılığı ilə “SMART Mobile Azerbaijan” adlı konfrans keçirilib. Konfrans zamanı bildirilib ki, Azərbaycanda mobil texnologiyalar getdikcə daha çox inkişaf edir. Xüsusilə smartfonların inkişafı insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

        Rusiya, Ukrayna, Mərakeş, İran, Özbəkistan, Əfqanıstandan da nümayəndələrin iştirak etdiyi müzakirələrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini Azexport portalının rəhbəri Zaur Qardaşov təmsil edib. O “Rəqəmsal Azərbaycan: İnnovativ başlanğıc” adlı məruzə ilə çıxış edərək, Azexport portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə danışıb. Portal rəhbəri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin imkanları barədə konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, bu Mərkəz ixracatçıların ixrac üçün nəzərdə tutulan bütün prosedurlarını elektronlaşdırır və asanlaşdırır. Bütün bu proseslərin həyata keçirilməsində mobil operatorların fəaliyyəti, mobil pul kisələrin mövcudluğu əsas dəyər zənciridir.

       Konfransın təşkilatçısı, “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe bildirib ki, rəqəmsal ekspertlərin də böyük marağına səbəb olan müzakirələr gələcəkdə də davam etdiriləcək.


    Rəqəmsal Ticarət Qovşağı ilə bağlı xarici tanınmışların rəy və proqnozları

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi haqqında video çarx

    Video arxiv