SİGMA nümayəndəsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olub

  • A
  • A+
  • A-
  • Avropanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa İttifaqının birgə təşəbbüsü olan SIGMA proqramının satınalmalar üzrə baş məsləhətçi Daniel İvarsson İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olub. 
    İİTKM-nin meneceri Nicat Hacızadə qonaqlara ətraflı məlumat verərək bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı birlikdə bir ekosistem yaradaraq, ixracatın təşviqinə xidmət edir. 
    N.Hacızadə əlavə edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində 5 dövlət qurumu, 7 dövlət xidməti (o cümlədən, mənşə, baytarlıq, fitosanitar, keyfiyyət və s. icazələrin verilməsi xidməti) fəaliyyət göstərir. Həmçinin Mərkəzdə elektron gömrük bəyannamələrinin doldurulmasının “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilməsi sahibkarların işini xeyli asanlaşdırır. Çünki sahibkarlar vahid məkanda ixracat üçün bütün prosedurları ən qısa bir müddətdə və daha az resurs sərf etməklə əldə edirlər.

    Avropanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa İttifaqının birgə təşəbbüsü olan SIGMA proqramının satınalmalar üzrə baş məsləhətçi Daniel İvarsson isə öz növbəsində bu uğurlu layihəyə görə məmnunluğunu ifadə edib. O deyib ki, bu cür proqressiv təşəbbüslər beynəlxalq qurumlar tərəfindən təqdirə layiq hesab edilir.

    Xatırladaq ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 22 Fevral 2017-cı il tarixli Fərmanı əsasında yaradılıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, http://iqtisadiislahat.org/contact-us) yerləşir.


    Biznesmen.az saytının sahibkarlar üçün göstərilən xidmətlər haqda hazırladığı video

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə

    İİTKM-də 2017-ci ilin yekunlarına dair mətbuat konfransı

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv