Strateji Yol Xəritələri elmi müstəvidə müzakirə olunub

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi, AMEA-nın İqtisadiyyat İnstitutu ilə birgə “Strateji Yol Xəritələri: nəzəriyyə və praktika” adlı dəyirmi masa təşkil edib.

    Tədbirin keçirilməsində əsas məqsəd AMEA-nın İqtisadiyyat İnstitutunda hazırlanan metodologiya əsasında Strateji Yol Xəritələrində nəzərdə tutulan islahatların elmi qiymətləndirilməsindən ibarət olub.

    Dəyirmi masada ilk olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzinin icraçı direktoru  Vüsal Qasımlı qonaqları salamlayıb. Daha sonra AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Professor Nazim Müzəffərli "Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və strateji yol xəritələrinin əsas vektorları" mövzusunda təqdimatla çıxış edib.   Müzakirə zamanı Prezident İlham Əliyevin liderliyi ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun olaraq, aparılan iqtisadi islahatlardan danışılıb. Bildirilib ki, ölkəmizdə mövcud olan makroiqtisadi və maliyyə sabitliyi, əhalinin sosial rifah halının daha da yüksəldilməsi, o cümlədən, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması aparılan düzgün və dönməz iqtisadi islahatlar nəticəsində mümkün olub.

    Qeyd olunub ki, Azərbaycanda iqtisadi inkişaf 1993-cü il Ümummilli lider Heydər Əliyevin iqtidara gəlməsindən sonra başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və siyasi islahatlar ölkəmizə investisiya mühitinin əlverişliliyinin formalaşdırılması, neft sektorunun müasir standartlara uyğun bərpası və neft sektorundən gələn gəlirlər vasitəsi ilə əsaslı kapital qoyuluşu həyata keçirilib. Bu siyasətin davamı olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı sürətli iqtisadi islahatlar ölkəmizin makroiqtisadi sabitliyinin qorunmasına, strateji valyuta ehtiyatlarının artımına və biznes mühitinin əlverişliliyinə səbəb olub.

    Dəyirmi masada Strateji Yol Xəritələrinin bir sıra sektorlarını ayrı ayrılıqda təhlil edən tədbir iştirakçıları qeyri-neft sektoruna göstərilən dövlət dəstəyi tədbirlərinin ölkəmizin ixrac potensialını daha da artırdığını bildiriblər. Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin möhkəmlənməsi, regionlarda əhalinin məşğulluğuna müsbət təsir edib. Ölkənin mövcud sənaye potensialının daha da genişləndirilməsi, sənaye məhəllələrinin, texno parkların yaradılması sənaye sahəsinin inkişafına təsir edib.

    Tədbir iştirakçıları qeyd ediblər ki, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar artıq beynəlxalq müstəvidə də müzakirə olunur. Bu səbəbdən Azərbaycan beynəlxalq reytinqlərdə müsbət irəliləyişləri əldə edir. Belə ki, beynəlxalq aləmdən biznes mühitinin qiymətləndirilməsini həyata keçirən ən nüfuzlu “Doing Business” hesabatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə apardığı biznes islahatlarının ən müsbət göstərici ilə qiymətləndirilib. Belə ki, ölkəmiz sözügedən reytinqdə 8 pillə irəliləyərək 57-ci pillədə qərarlaşıb, o cümlədən ən islahatçı ölkələrin siyahısında yer alıb. Bundan əlavə, Qlobal Rəqabətlilik, İqtisadi Azadlıq, İnkluziv İnkişaf, Fitch kimi beynəlxalq reytinq agentliklərində də irəliləyərək MDB məkanında lider mövqeyini qoruyub saxlayıb

    Qeyd edək ki, müzakirələrdə Strateji Yol Xəritələrinin həyata keçirilməsində iştirak edən bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı alimlər iştirak edib.

    \

     

     

     


    Biznesmen.az saytının sahibkarlar üçün göstərilən xidmətlər haqda hazırladığı video

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə

    İİTKM-də 2017-ci ilin yekunlarına dair mətbuat konfransı

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv