Vüsal Qasımlı ADA-da iqtisadi islahatlara dair məruzə edib

  • A
  • A+
  • A-
  •  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ADA Universitetində “Azərbaycanda iqtisadi islahatlar: Nəticələr və perspektivlər” mövzusunda ictimai mühazirə oxuyub.

    Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni iqtisadi model barədə danışan Vüsal Qasımlı Malayziya, Cənubi Koreya, İsrail və başqa iqtisadi modellərlə müqayisələr aparıb: “Azərbaycanda islahatlar iqtisadiyyatın strukturunda qeyri-ticari bölməyə nisbətən ticari bölmənin daha sürətli inkişafına keçid və yeni inkişaf tsiklinin başlamasına yön verir. Beləliklə, qısamüddətli dönəmdə resurslar, o cümlədən, əmək resursları iqtisadi inkişaf çağırışlarına cavab verən səviyyədə mobilizasiya olunmalı və istifadə edilməlidir. İslahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Yeni iqtisadi modelin əsas çağırışı məhsuldarlığın artırılmasında insan kapitalının rolu mühümdür. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda Dünya İqtisadi Forumu və Dünya Bankı tərəfindən təqdim olunan mötəbər hesabatlarda da iqtisadi islahatların nəticəsində Azərbaycanın mövqeyi xeyli yaxşılaşıb.”

      Vüsal Qasımlı mühazirədən sonra ADA Universitetində tədrisi həyata keçirən xarici və yerli professorların, diplomatların, biznes nümayənədlərinin və tələbələrin suallarını cavablandırıb.

     


    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ATV-də yayımlanan "İqtisadi Zona" verilişinin qonağı olub

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    "Made in Azerbaijan" verilişinin növbəti sayı

    Video arxiv