Vüsal Qasımlı Avropa İttifaqının Azərbaycandakı səfirini qəbul edib

  • A
  • A+
  • A-
  •  Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskası qəbul edib. Görüş zamanı Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti eləcə də ölkədə aparılan iqtisadi islahat prosesi barədə geniş məlumat verib. Bildirib ki, “Doing Business 2018” hesabatında Azərbaycanın 8 pillə irəliləyərək, 57-ci pillədə qərarlaşıb. Təkcə bu fakt onu göstərir ki, ölkədə həyata keçirilən islahatlar prosesi beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınır və yüksək qiymətləndirlir. Azərbaycanın beynəlxalq müstəvidə siyasi və iqtisadi nüfuzu artır. İcraçı direktor əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələri uğurla davam etdirməkdə maraqlıdır.

    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə Aİ-nin Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirmək marağını xüsusi vurğulayıb. Səfir bildirib ki, əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. O ilin sonunda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin  keçiriləcəyini xatırladaraq bu sammitin də əlaqələrə öz töhfəsini verəcəyini əlavə edib.

    Müzakirə yekunlaşdıqdan sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub. Səfirə Mərkəz barədə ətraflı məlumat təqdim edilib. 


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv