Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BP-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.  İİTKM-in icraçı direktoru BP Qrupun Siyasi və İqtisadi məsələlər üzrə müşavirləri Maykl Denison və Julian Bovdeni, eləcə də BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu hökumətlə əlaqələr üzrə müşaviri Günəş Əliyevanı qəbul edərkən əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. O bildirib ki,  Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir səmərəli əməkdaşlıq davam edir. Bu illər ərzində ölkəmizdə irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP fəal tərəfdaş kimi çıxış edib.

      Vüsal Qasımlı ötən il ərzində energetika sahəsində yaddaqalan hadisələrin baş verdiyini bilidirib. O deyib ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılıb, Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. İcraçı direktor əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, bölgə və dünya üçün önəmli hadisə olub.

      BP Qrupun Siyasi məsələlər üzrə müşaviri Maykl Denison isə Azərbaycanda aparılan proqressiv inkişafdan məmnunluğunu ifadə edib. O BP şirkəti ilə Azərbaycan arasında uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin energetika layihələrinə dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Görüş zamanı tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 


    Biznesmen.az saytının sahibkarlar üçün göstərilən xidmətlər haqda hazırladığı video

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə

    İİTKM-də 2017-ci ilin yekunlarına dair mətbuat konfransı

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv