Vüsal Qasımlı Yay Enerji Məktəbində məruzə etdi

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “ADA” Universitetində XI Bakı Yay Enerji Məktəbində məruzə ilə çıxış edib. Məruzədə ölkədə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, ixracın genişləndirilməsi və Azexport portalının bu sahədə rolu, həmçinin Rəqəmsal Ticarət Qovşağı haqqında iştirakçılara məlumat verilib.

    "ADA” Universitetinin artıq brend proqramına çevrilən Bakı Yay Enerji Məktəbi bu il 14 ölkədən – Amerika, Polşa, Macarıstan, Slovakiya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb edib. İki həftəlik təlim proqramının məqsədi Azərbaycanın qlobal səhnədə mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır. Proqramın sonunda məktəb iştirakçıları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən sertifikatlarla təltif ediləcək.

    Tədbir Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, SOCAR, BP və Exxon Mobil şirkətlərinin dəstəyi ilə keçirilir.

     


    Yeni aksiz vergilər(Lider TV)

    İİTKM-in departament rəhbəri Ramil Hüseynov

    2017-ci ildə Azexport portalına daxil olan sifarişlər(ARB)

    Azexport portalının rəhbəri Zaur Qardaşov

    Video arxiv