Britaniya Standartlar İnstitutu İİTKM-də təlim keçirir

  • A
  • A+
  • A-
  • İqitsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə 6-7 aprel 2017-ci il tarixində “Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər” mövzusunda təlim keçirilib.
    Təlimdə açılış nitqi zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, www.azexport.az internet portalında ixracı təşviq etmək üçün “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsi yaradılır: ““Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər” mövzusunda təşkil olunan treninqin də məqsədi yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək istiqamətində ölkəmizdə həyata keçirilən işlərə daha çox töhfə verməkdir.”
    Tədbir çərçivəsində iştirakçılara dünya bazarında qida məhsullarına aid əsas prinsiplərdən, qida məhsullarının Avropa İttifaqına ixracını tənzimləyən qanun və direktivlər haqqında məlumatlar veriləcək və başqa müzakirələr aparılıb.
    Təlimin ekspert təminatı 115 illik tarixə malik olan idarəetmə sistemləri üzrə standartlarının yaradıcısı, dünyanın ən nüfuzlu və qocaman sertifikatlaşdırma təşkilatı olan Britaniya Standartlar İnstitutu (BSİ) (www.bsigroup.com) və bu İnstitutun Xəzəryanı ölkələr üzrə tam səlahiyyətli nümayəndəsi “AQS Group” şirkəti tərəfindən həyata keçirilib. Təlimi Britaniya Standartlar İnstitutunun beynəlxalq auditoru və eksperti Mahmud Albekov aparıb.
    Qeyd edək ki, təlimi bitirən hər bir nümayəndə, London şəhərində çap olunmuş hər biri özünə məxsus identik nömrəyə malik Britaniya Standartlar İnstitutunun beynəlxalq sertifikatları ilə təltif olunacaq. 2 günlük və rus dilində keçirilən təlimdə  30-dan artıq özəl şirkətin nümayəndəsi iştirak edir

     

     

     

     

     

     

     

     

     

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv