İnvestisiya mühitinə dair təlim təşkil edilmişdir

  • A
  • A+
  • A-
  • Bakı - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində DB və IFC-nin Doing Business üzrə missiya üzvləri Roberto Eçandi (Özəl Sektor üzrə Aparıcı Mütəxəssis), Gerlin Catanqui (Baş Əməliyyat Mütəxəssisi), Axtar Mahmud (Biznes Tənzimlənməsi üzrə Aparıcı Mütəxəssis), Lili Begiaşvili (Biznes Tənzimlənməsi üzrə Regional Mütəxəssis) və İrina Kokayanın (Tapşırıq Qrupunun Rəhbəri) təqdimatında  “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar təşkil edilmişdir.

    Tədbirdə diversifikasiya ilə bağlı çətinliklərin həll edilməsi, İnvestisiya mühiti islahatlarına kompleksli yanaşma, İnvestisiyaların cəlb edilməsi  və qorunub saxlanılması, Dünya Bankı Qrupunun İnvestisiya Siyasəti və bu kimi digər  mövzularda müzakirələr aparılmışdır.

    Seminarda nazirliklərin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, həmçinin orta və kiçik sahibkarlar iştirak etmişlər.

    Beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədi ilə Doing Business Hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə  Korposasiyasının (İFC)  biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası 5-9 Sentyabr 2016-cı il tarixlərində Bakıda səfərdə olacaqlar.

     

     

     

     

     

     

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv