İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində beynəlxalq ekspert təlim keçir

  • A
  • A+
  • A-
  • Noyabr ayının 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət strukturlarının nümayəndələri üçün “Keçid iqtisadiyyatlı ölkələrdə makroiqtisadi stabilləşmə və iqtisadi artım” mövzusunda treninq keçirilib. Treninq BMT-nin İnkişaf Proqramının (UNDP) İİTKM-də çalışan qonaq eksperti Ben Sley tərəfindən aparılıb. Treninqdə müxtəlif ölkələrdə müşahidə olunmuş iqtisadi inkişaf yolları və onların nəzəri əsasları,  bu ölkələrin nümunəsindən götürülməli olan dərslər, keçid ölkələrində iqtisadi inkişafın çətinlikləri və üstünlükləri, qısa, orta və uzunmüddətli dövrdə iqtisadi artıma müxtəlif yanaşmalar müzakirə olunub. Treninq zamanı resurslarla zəngin ölkələrin keçdiyi inkişaf yolu, dünya dəyər zəncirinin hissəsinə çevrilməklə baş verən iqtisadi inkişaf, makroiqtisadi stabilləşmənin ölçülməsi üçün lazım olan kəmiyyət meyarları xüsusi diqqətə səbəb olub.

    İİTKM-in Konsaltinq və Treninq Koordinatoru Kamil Ələsgərov bildirir ki, bu tipli təlimlərin daha geniş tərkibdə və məzmunda gələcəkdə də keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanda makroiqtisadi stabilləşmə və iqtisadi artım üçün uyğun modelin seçilməsi üzrə işlər aparılır, müxtəlif dövlət qurumları maksimum səviyyədə buna öz töhfələrini verməyə çalışır. Bu treninq əməkdaşları uyğun istiqamətlərdə daha məlumatlı etmək, müqayisəli şəkildə ən yaxşı yanaşmanın seçilməsinə dəstək olmaq məqsədi daşıyır.

     

     

     

     

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv