İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sənayeləşmə mövzusunda seminar

  • A
  • A+
  • A-
  • 06 sentyabr 2016-cı il

    Bakı - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" ilə əlaqədar İslahatlar üzrə Məsləhətçi Proqramının aparıcı mütəxəsisi Melissa Metzin təqdimatında  “Sənaye sahələrinin inkişafı, diversifikasiya və qlobal dəyər zəncirinə inteqrasiya” mövzusunda seminar təşkil edilmişdir.

    Tədbirdə Qlobal Dəyər Zəncirləri və onların beynəlxalq bazar cərəyanlarının formalaşmasında rolu müzakirə edilmişdir. Həmçinin, mikro, kiçik və orta müəssisələrin inkişafını dəstəkləmək üçün vasitələrin müəssisələrin növləri və ehtiyaclarına uyğunlaşdırılması çərçivəsində də fikir mübadiləsi aparılmışdır.

    Seminarda nazirliklərin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, həmçinin kiçik və orta sahibkarlar iştirak etmişlər.

    Qeyd edək ki, beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədi ilə "Doing Business" hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə  Korposasiyasının (İFC)  biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası 5-9 Sentyabr 2016-cı il tarixlərində Bakıda səfərdə olacaq.


    AzTv-nin Günün Nəbzi proqramı

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” konfransı AzTV-nin efirində

    Video arxiv