İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Strateji idarəetmə" mövzusunda təlim keçirilmişdir

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkəmizdə strateji təhlil, planlaşdırma və idarəetmə sahəsində kadr hazırlığına tövhə vermək üçün "Strateji idarəetmə" mövzusunda 2 iyun 2016-cı il tarixində təlim təşkil edib. İştirak haqqı nəzərdə tutulmayan təlim dövlət və biznes qurumlarının strateji idarəetmə üzrə yüksək vəzifəli rəsmiləri iştirak etmişlər.

    Təlimin tədrisi Harvard Universitetinin məzunu və bu sahədə tanınmış ekspert Sinan Köksoy tərəfindən aparılır. Təlimin modulu  uzun müddətli strategiya əsasında bizneslər və layihələri ehtiyatla idarə etmək üçün praktiki yanaşmalar və çərçivələr, strateji təhlil və korporativ planlaşdırmada iştirakçılara yüksək səviyyədə biliklərin tədrisi üçün nəzərdə tutulmuşdur. Modulun sonunda, iştirakçılar alternativ həll yollarını müəyyən etmək, təhlil və təklif etmək, biznes strategiyası barədə qərarlar verə bilmək üçün praktiki bilikləri əldə etmişlər.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında ölkədə iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılmışdır.

     


    Azexport vasitəsi ilə ilk dəfə qeyri- ənənəvi sahələrə məxsus məhsullar satışa çıxarılıb

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov LİDER TV-nin "Economics" verilişinin canlı yayımında son statistik rəqəmləri açıqlayıb

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    Video arxiv