• Onlayn müraciət
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində treyninq keçirilib

  • A
  • A+
  • A-
  • 21 sentyabr 2016-cı il

    Bakı - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən ölkəmizdə aparılan iqtisadi islahatların təsirinin qiymətləndirilməsi sahəsində kadr hazırlığına töhfə vermək üçün 21-22 sentyabr tarixlərində “Qanunvericiliyin təsirinin qiymətləndirilməsi (RİA)”  mövzusunda seminar təşkil edilmişdir.

    Seminar OECD-nin Tənzimləmə Siyasəti Komitəsinin vitse-sədr vəzifəsində Fransanın rəsmi nümayəndəsi olmuş və RİA üzrə beynəlxalq səviyyədə tanınmış ekspert Çarlz-HenriMontin tərəfindən aparılmışdır. “JapanTobacco” şirkətlər qrupunun üzvü və dünyanın aparıcı beynəlxalq tütün şirkəti olan JTI (JapanTobaccoInternational) seminarın keçirilməsinə ekspert dəstəyi vermişdir. 

    Tənzimləmə siyasəti və idarəçilik məsələləri, Avropa Kommissiyasında və digər ölkələrdə RİA sxemlərinin qiymətləndirilməsi və Azərbaycanda RİA sisteminin qurulmasına dair mövzulara həsr olunmuş bu seminar dövlət və biznes qurumlarının tənzimləmə və idarəçilik siyasəti üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulmuşdur.

    Seminarda nazirliklərin, dövlət komitə, agentlik və xidmətlərinin, habelə  universitet və özəl sektorun nümayəndələri iştirak ediblər. Sonda iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “JapanTobacco” şirkətlər qrupunun təqdim etdiyi sertifikatlarla təltif olunublar.


    AzTv - İİTKM və Microsoft arasında imzalanan əməkdaşlığa dair memorandum barədə reportaj

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Azərbaycanda qadın sahibkarlığına dəstək məqsədi ilə xüsusi qadın biznes inkubatorları yaradılacaq

    İİTKM-in eksperti Ramil Hüseyn

    Video arxiv